"Legion Financial"ın səhmdarlarının pay bölgüsü dəyişib
- 14 avqust, 2025
- 13:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Legion Financial" ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
"Report" xəbər verir ki, bu, şirkətin nizamnamə kapitalının 515 min manat və yaxud 16,4 % artaraq 3,135 milyon manatdan 3,65 milyon manata çatdırılmasından sonra baş verib.
"Legion Financial"ın səhmlərinin 39,5 %-nə nəzarət edən Turan İsmayılov payını 38,2 %-ə, 31,6 %-nə nəzarət edən Ramin Süleymanlı payını 30,55 %-ə, 5,4 %-nə nəzarət edən Belarus vətəndaşı Kolas Konstantin payını 5,2 %-ə endirib, əvəzində səhmlərin 10,5 %-nə nəzarət edən Rövşən Soltanov payını 10,95 %-ə, səhmlərin 13 %-nə nəzarət edən Böyükağa Məmmədov payını 15,1 %-nə çatdırıb. T.İsmayılov həm də "Finoko" ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.
Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə yaradılıb.