Kudrin: "Böhrandan sonra zəif iqtisadi artım Rusiya üçün ciddi xəbərdarlıqdır"

Maliyyə
  • 15 fevral, 2018
  • 08:47
Kudrin: Böhrandan sonra zəif iqtisadi artım Rusiya üçün ciddi xəbərdarlıqdır
Rusiya Prezidenti yanında İqtisadi Şuranın sədr müavini Aleksandr Kudrin

Bakı. 15 fevral. REPORT.AZ/ Rusiya ilk dəfədir maliyyə böhranından sonra bu qədər zəif iqtisadi artımla üzləşir. 

"Report" xəbər verir ki, bunu Soçidə keçirilən investisiya forumunda TASS agentliyinə müsahibəsində keçmiş maliyyə naziri, hazırda Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, Rusiya Prezidenti yanında İqtisadi Şuranın sədr müavini Aleksandr Kudrin deyib.

A.Kudrin bildirib ki, Rusiya ilk dəfədir böhrandan sonrakı dövrün bu qədər zəif iqtisadi artımı ilə üzləşib: "Belə ki, 1998-ci il böhranından sonra ÜDM 10%, 2008-2009-cu illər böhranından sonrakı dövrdə isə 4,3% təşkil edib. Sonuncu böhrandan sonra isə iqtisadi artım 1,5% olub. Nəzərə alsaq ki, hazırda neft qiymətləri o qədər də aşağı deyil, biz daha yüksək artım gözləyə bilərdik. Lakin, struktur problemlər buna mane olur".

Sabiq nazir qeyd edib ki, Rusiyada iqtisadi artım 1,5-2% səviyyəsində qalacaq: "İqtisadi artım inamlı deyil. Buna səbəb struktur islahatların zəruriliyidir. Əgər ölkədə təşəbbüskarlar biznes açmaqdan qorxursa, təcrübəsi yoxdursa, savadlanmayıbsa, bu, struktur problemidir".

"Rusiyaya qarşı tətbiqi gözlənilən sanksiyalar da iqtisadi artıma mənfi təsir edir. Biznes aləmi hazırda sanskiyaların kəskinləşməsini gözləyir", - Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri əlavə edib. 

44 - Tezliklə