"Kredit Servis" BOKT-un xalis mənfəəti 29 % azalıb
- 02 iyun, 2023
- 12:43
Yeniliklərdən dərhal xəbərdar olun!
"Kredit Servis" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 50 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 28,6 % azdır.
Ötən il "Kredit Servis"in vergiyəqədərki mənfəəti 63 min manat (əvvəlki ilə nisbətən 27,6% az), mənfəət vergisi ödəmələri isə 13 min manat (27,8 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Kredit Servis"in aktivləri 1,448 milyon manat olub ki, bu da illik müqayisədə 5,4 % azdır. Bunun 957 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 22,8 % kiçilib.
Hesabat dövründə "Kredit Servis"in öhdəlikləri 39,4 % azalaraq 97 min manata, balans kapitalı isə 1,4 % azalaraq 1,351 milyon manata düşüb.
Xatırladaq ki, "Kredit Servis" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,283 milyon manatdır.