"Kredit Evi"nin istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 16 may, 2025
  • 10:38
Kredit Evinin istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Mayın 29-da "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda lombard fəaliyyəti ilə məşğul olan "Kredit Evi" ASC-nin 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd istiqrazım yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

İstiqrazlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 17 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirikəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

44 - Tezliklə