“Kredaqro” BOKT-un xalis mənfəəti 70 %-ə yaxın azalıb

Maliyyə
  • 11 mart, 2024
  • 13:44
“Kredaqro” BOKT-un xalis mənfəəti 70 %-ə yaxın azalıb

“Kredaqro” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 87 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 69,4 % azdır.

Ötən il “Kredaqro”nun vergiyəqədərki mənfəəti 61 min manat (əvvəlki ilə zərər olub), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 26 min manat (96,3 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Kredaqro”nun aktivləri 8,574 milyon manat olub ki, bu da illik müqayisədə 2,8 % azdır. Bunun 5,338 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 0,4 % böyüyüb.

Hesabat dövründə “Kredaqro”nun öhdəlikləri 8,6 % azalaraq 3,575 milyon manata düşüb, balans kapitalı isə 1,8 % artaraq 4,999 milyon manata çatıb.

Xatırladaq ki, “Kredaqro” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min manatdır. BOKT-nin təsisçisi 100% Rusiyaya məxsus “Aqromostfinans” MMC-dir.