“Kredaqro" BOKT-un istiqrazlarına 9 investor maraq göstərib

Maliyyə
  • 28 dekabr, 2022
  • 12:16
“Kredaqro BOKT-un istiqrazlarına 9 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) “Kredaqro" MMC bank olmayan kredit təşkilatının (BOKT) 500 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 100 manat olan 5 000 ədəd istiqraz çıxarılıb.

Qiymətli kağızlar standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.

İstiqrazlara 9 investor qiyməti 100 manat (11 %), ümumi məbləği isə 500 min manat olan 9 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 11%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” ASC -dir.