Koronavirusla bağlı inkişaf etməkdə olan ölkə bazarlarının itkiləri hesablanıb

Maliyyə
  • 19 mart, 2020
  • 10:29
Koronavirusla bağlı inkişaf etməkdə olan ölkə bazarlarının itkiləri hesablanıb
Getty

Koronavirusun (COVİD 19) yayılması ilə bu ilin yanvar ayının ortalarından bəri investorlar inkişaf etməkdə olan ölkə bazarlarından 5 trilyon ABŞ dolları investisiyanı geri çəkib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, böhran xüsusilə Braziliyada kəskin şəkildə hiss edilir. Son səkkiz gündə bu ölkə birjasında kəskin eniş səbəbindən fəaliyyəti 6 dəfə dayandırılıb. Bundan başqa Kolumbiya, Yunanıstanın maliyyə bazarlarında itkilər ölkə bazarlarının ümumi dəyərinin 40%-i həddinə çatıb.