KOBİA-nın 2024-cü il üzrə maliyyə hesabatlarına müsbət rəy verilib
- 19 sentyabr, 2025
- 10:10

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və onun törəmə müəssisəsinin 31 dekabr 2024-cü il tarixinə tərtib olunmuş konsolidə edilmiş maliyyə hesabatları üzrə müstəqil audit prosesi uğurla tamamlanıb.
Audit yoxlamalarını "NR ProAudit" MMC aparıb və nəticə etibarilə Agentliyin hesabatlarına müsbət auditor rəyi təqdim edib. Bu rəy Agentliyin maliyyə fəaliyyətində şəffaflıq, dəqiqlik və beynəlxalq standartlara uyğunluğun təmin olunduğunu göstərir.
"NR ProAudit"i 17 il müddətində beynəlxalq audit şirkətlərində rəhbər vəzifələrdə çalışmış, zəngin peşəkar təcrübəyə malik olan Nicat Rəhimov təsis edib. Şirkət audit və maliyyə xidmətləri sahəsində yerli və beynəlxalq müştərilərə peşəkar xidmətlər təqdim edir.
Unvan: Bakı şəhəri, İzmir küçəsi, "Hyatt Tower 3" biznes mərkəzi, 3-cü mərtəbə
Sayt: www.proaudit.az