"Kəpəz" BOKT-un xalis mənfəəti kəskin artıb
- 10 aprel, 2023
- 08:56
Yeniliklərdən dərhal xəbərdar olun!
"Kəpəz" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 773 min manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 18 dəfə çoxdur.
Ötən il "Kəpəz"in vergiyəqədərki mənfəəti 966 min manat (əvvəlki illə müqayisədə 18,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 193 min manat (17,55 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Kəpəz"in aktivləri 8,146 milyon manat olub ki, bu da illik müqayisədə 59,4 % çoxdur. Bunun 6,927 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 80,6 % böyüyüb.
Hesabat dövründə "Kəpəz"in öhdəlikləri 59,2 % artaraq 6,079 milyon manata, balans kapitalı isə 59,7 % artaraq 2,067 milyon manata çatıb.
Xatırladaq ki, "Kəpəz" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,185 milyondır. BOKT-un təsisçiləri 65,6 % payla Əbülfəz Əliyev və 34,4 % payla Kazım Əliyevdir.