"Kəpəz" BOKT-un xalis mənfəəti 80 % artıb
- 12 mart, 2024
- 12:25
Yeniliklərdən dərhal xəbərdar olun!
"Kəpəz" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-ci ili 1,39 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 79,7 % çoxdur.
Ötən il "Kəpəz"in vergiyəqədərki mənfəəti 1,737 milyon manat (əvvəlki illə müqayisədə 79,9 % çox), mənfəət vergisi ödəmələri isə 347 min manat (79,9 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Kəpəz"in aktivləri 9,773 milyon manat olub ki, bu da illik müqayisədə 20 % çoxdur. Bunun 8,998 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-ci ildə BOKT-un kredit portfeli 29,9 % böyüyüb.
Hesabat dövründə "Kəpəz"in öhdəlikləri 3,9 % artaraq 6,317 milyon manata, balans kapitalı isə 67,2 % artaraq 3,457 milyon manata, nizamnamə kapitalı isə 68,8 % artaraq 2 milyon manata çatıb.
Xatırladaq ki, "Kəpəz" 2013-cü ildə yaradılıb. BOKT-un təsisçisi 100 % Əbülfəz Əliyevdir.