“Kəpəz” BOKT-un istiqrazlarının qalan hissəsinə 8 investor maraq göstərib

Maliyyə
  • 06 sentyabr, 2022
  • 11:58
“Kəpəz” BOKT-un istiqrazlarının qalan hissəsinə 8 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) “Kəpəz” MMC bank olmayan kredit təşkilatının (BOKT) faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının qalan 1 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd istiqraz çıxarılıb.

Qiymətli kağızlar standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.

İstiqrazlara 8 investor qiyməti 1 000 manat (14%), ümumi məbləği isə 1 milyon manat olan 8 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 4 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 14%-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.