“Kəpəz” BOKT-un istiqrazları listinqə daxil edilib

Maliyyə
  • 18 aprel, 2024
  • 15:15
“Kəpəz” BOKT-un istiqrazları listinqə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Kəpəz” MMC bank olmayan kredit təşkilatının (BOKT) 500 min manat dəyərində istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix Birjanın internet səhifəsində açıqlanacaq.

İstiqrazlar 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər aylıq ödəniləcək.

Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

44 - Tezliklə