Kazım Hüseynəliyev: "Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 14 % artıb"

Biznes
  • 18 sentyabr, 2026
  • 11:45
Kazım Hüseynəliyev: Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 14 % artıb

Bu il sentyabrın 1-nə Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 %, aktiv vergi ödəyicilərinin sayı isə 14,1 % çox olub.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev bölgədə keçirilən Qadın Sahibkarlar Forumunda bildirib.

Nazir qeyd edib ki, bu müsbət dinamika qadınların sahibkarlıq fəaliyyətində də özünü göstərir: "Bu il sentyabrın 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 53 mini ötüb ki, onların da 29 %-ini qadınlar təşkil edib, 1 il əvvələ nisbətən qadın sahibkarların sayı 6 % artıb".

K. Hüseynəliyev əlavə edib ki, hazırda aktiv vergi ödəyicisi olan qadın sahibkarların 68 %-i kənd təsərrüfatında, 16 %-i xidmət sahəsində, 9 %-i ticarətdə, 7 %-i isə sənaye, tikinti, rabitə və digər sahələrdə fəaliyyət göstərir.