“Kapital Bank”ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

Maliyyə
  • 22 yanvar, 2025
  • 04:54
“Kapital Bank”ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

Fevralın 25-də, saat 11:00-da “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 71 ünvanında yerləşən inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə "Kapital Bank"ın nizamnaməsində, Müşahidə Şurasının əsasnaməsində və tərkibində dəyişiklik edilməsi, eləcə də digər məsələlər daxildir.

Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.