"Kapital Bank" I rübün maliyyə nəticələrini elan edib
- 15 aprel, 2026
- 14:40
Yeniliklərdən dərhal xəbərdar olun!
31 mart 2026-cı il tarixinə "Kapital Bank" ASC-nin aktivləri 11,8 milyard manat, o cümlədən Bankın kredit portfeli 5,5 milyard manat təşkil edib.
31 mart 2026-cı il tarixinə olan nəticələrə görə bankda müştəri depozitləri 8,5 milyard manat olub.
Bankın 31 mart 2026-cı il tarixinə tutulmalardan sonra məcmu kapitalı 1,2 milyard manat, adi və imtiyazlı səhmlərinin dəyəri isə 256 milyon manat təşkil edib.
Bankın xalis mənfəəti isə ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox, yəni 119 % artaraq 120 milyon manata çatıb.
"Kapital Bank" "Moody's" və "Standard & Poor's" beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin I bankı "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.