“İpək Yolu Sığorta”nın xalis mənfəəti 8 % azalıb

Maliyyə
  • 01 aprel, 2024
  • 12:50
“İpək Yolu Sığorta”nın xalis mənfəəti 8 % azalıb

“İpək Yolu Sığorta” ASC 2023-cü ili 669 min manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 7,8 % azdır.

Ötən il “İpək Yolu Sığorta”nın gəlirləri 19,845 milyon manat (əvvəlki ilə nisbətən 3,6% az), xərcləri 19,009 milyon manat (3,4% az), mənfəət vergisi ödəmələri isə 167 min manat (7,8 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 31,791 milyon manat olub ki, bu da illik müqayisədə 1,4 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 2,2 % azalaraq 16,319 milyon manata düşüb, balans kapitalı isə 0,5 % azalaraq 15,472 milyon manata düşüb.

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,5 %-i “ASG Business Aviation” MMC-yə, 3,5 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.