“İpək Yolu Sığorta”nın strukturu dəyişdiriləcək
Maliyyə
- 27 dekabr, 2024
- 07:14
Fevralın 11-də, saat 12:00-da “İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda - şirkətin daxil olduğu "Aviation Services Group"un inzibati binasında olacaq.
Yığıncağın gündəliyinə "İpək Yolu Sığorta"nın yeni strukturunun təsdiqlənməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,5 %-i “ASG Business Aviation” MMC-yə, 3,5 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.
Son xəbərlər
08:09
Foto
Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:04
ABŞ-də 16 ildən sonra ilk dəfə bir gündə üç nəfər edam edilib
Digər ölkələr07:51
Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Energetika07:26
Keçmiş məcburi köçkün: Uzun müddət idi, bu günü gözləyirdik
Daxili siyasət06:59
Kolumbiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 280-i keçib
Digər ölkələr06:56
Foto
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
Daxili siyasət06:55
Xankəndi sakini: Oradan çıxanda dörd yaşım olsa da, böyüklərimiz bizə torpaq sevgisini aşılayıblar
Daxili siyasət06:06
ABŞ Hörmüz boğazı vasitəsilə neft tədarükünün həcmini açıqlayıb
Digər ölkələr05:53
Foto