"İpək Yolu Sığorta"nın ötənilki fəaliyyətinin nəticələri müzakirə ediləcək
- 12 fevral, 2025
- 07:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Martın 27-də, saat 12:00-da “İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda - şirkətin daxil olduğu "Aviation Services Group"un inzibati binasında olacaq.
Yığıncağın gündəliyinə "İpək Yolu Sığorta"nın ötənilki maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirə edilməsi, illik maliyyə hesabatlarının təsdiq olunması və digər məsələlər daxildir.
Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,5 %-i “ASG Business Aviation” MMC-yə, 3,5 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.