"International Leasing"in səhmləri üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 25 sentyabr, 2026
  • 17:51
International Leasingin səhmləri üzrə hərracın tarixi açıqlanıb

Oktyabrın 5-də "Bakı Fond Birjası" QSC-də (BFB) "İnternational Leasing" ASC-nin 1 milyon manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 50 manat olan 20 000 ədəd səhm kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Səhmlərə abunə yazılışı 30 sentyabr-2 oktyabrda həyata keçiriləcək.

Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, "International Leasing"in nizamnamə kapitalı 1 milyon manat və yaxud 2 dəfə artaraq 2 milyon manata çatacaq.

44 filmi