"İnternational" BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 02 iyun, 2025
  • 15:49
İnternational BOKT maliyyə vəziyyətini açıqlayıb

"İnternational" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 4,821 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 72,7 % çoxdur.

Ötən il "İnternational"ın vergiyəqədərki mənfəəti 6,027 milyon manat (70,8 % çox), mənfəət vergisi ödəmələri isə 1,206 milyon manat (63,6 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "International"ın aktivləri 45,537 milyon manat olub ki, bu da illik müqayisədə 26,1 % çoxdur. Bunun 37,960 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 25,4 % böyüyüb.

Hesabat dövründə BOKT-un öhdəlikləri 30,7 % artaraq 33,678 milyon manata, balans kapitalı isə 14,7 % artaraq 11,858 milyon manata çatıb.

Xatırladaq ki, "International" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 milyon manatdır. BOKT-un səhmdarı 100% Rifat Həsənovdur.