"İnternational" BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 06 iyun, 2024
  • 06:20
İnternational BOKT maliyyə vəziyyətini açıqlayıb

"İnternational" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2023-ci ili 2,792 min manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 82,5 % çoxdur.

Ötən il "İnternational"ın vergiyəqədərki mənfəəti 3,529 milyon manat (78,9 % çox), mənfəət vergisi ödəmələri isə 737 min manat (66,4 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "International"ın aktivləri 36,107 milyon manat olub ki, bu da illik müqayisədə 24,7 % çoxdur. Bunun 30,28 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 23,1 % böyüyüb.

Hesabat dövründə BOKT-un öhdəlikləri 12,5 % artaraq 25,768 milyon manata, balans kapitalı isə 71 % artaraq 10,339 milyon manata, o cümlədən nizamnamə kapitalı 60 % artaraq 8 milyon manata çatıb.

Xatırladaq ki, "International" 2013-cü ildə yaradılıb. BOKT-un səhmdarı 100% Rifat Həsənovdur.

44 - Tezliklə