​​​​​​​“İnternational” BOKT 1 milyon manatlıq istiqraz buraxır

Maliyyə
  • 11 dekabr, 2023
  • 08:54
​​​​​​​“İnternational” BOKT 1 milyon manatlıq istiqraz buraxır

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “İnternational” ASC bank olmayan kredit təşkilatının (BOKT) 1 milyon manatlıq faizli, adlı, təminatsız, sənədsiz istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd, ümumilikdə 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək. Hərracın tarixi azı 2 iş günü qalmış Birjanın internet səhifəsində investorlara açıqlanacaq.

İstiqrazar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 18 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.