“İnkişaf üçün maliyyə” BOKT-un xalis mənfəəti 24 % azalıb

Maliyyə
  • 27 may, 2024
  • 05:25
“İnkişaf üçün maliyyə” BOKT-un xalis mənfəəti 24 % azalıb

“İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 813 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 23,5 % azdır.

Ötən il “İnkişaf üçün maliyyə”nin vergiyəqədərki mənfəəti 976 min manat (əvvəlki ilə nisbətən 15,8 % az), mənfəət vergisi ödəmələri isə 163 min manat (69,8 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “İnkişaf üçün maliyyə”nin aktivləri 11,314 milyon manat olub ki, bu da illik müqayisədə 20,1 % çoxdur. Bunun 10,093 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 14,3 % böyüyüb.

Hesabat dövründə “İnkişaf üçün maliyyə”nin öhdəlikləri 37,9 % artaraq 3,944 milyon manata, balans kapitalı isə 12,4 % artaraq 7,37 milyon manata çatıb.

Xatırladaq ki, “İnkişaf üçün maliyyə” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçisi 100% Böyük Britaniyanın “Oksfam” təşkilatıdır.