“İnkişaf üçün maliyyə” BOKT-un istiqrazlarına 10 investor maraq göstərib
- 04 avqust, 2022
- 11:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) “İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatının (BOKT) 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz çıxarılıb.
Qiymətli kağızlar standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.
İstiqrazlara 10 investor qiyməti 100 manat (12%), ümumi məbləği isə 1 milyon manat olan 10 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə tam baş tutub.
Emitentin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 1 000 manat (12%) müəyyən olunub.
Qiymətli kağızlar 2 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 12%-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.