“İnkişaf üçün maliyyə” BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 02 avqust, 2022
- 13:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Avqustun 4-də "Bakı Fond Birjası" QSC-də (BFB) “İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatının 1 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 12%-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.