“İnkişaf üçün maliyyə” BOKT ötən ili mənfəətlə başa vurub

Maliyyə
  • 27 may, 2022
  • 06:51
“İnkişaf üçün maliyyə” BOKT ötən ili mənfəətlə başa vurub

“İnkişaf üçün maliyyə” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 276 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2020-ci ildən 106 min manat xalis zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “İnkişaf üçün maliyyə”nin vergiyəqədərki mənfəəti 255 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 21 min manat (3,5 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “İnkişaf üçün maliyyə”nin aktivləri 7,66 milyon manat olub ki, bu da illik müqayisədə 21,7% azdır. Bunun 6,904 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 49,1 % böyüyüb.

Hesabat dövründə “İnkişaf üçün maliyyə”nin öhdəlikləri 52,6 % və yaxud 2,1 dəfə azalaraq 2,166 milyon manata düşüb, balans kapitalı isə 5,3 % artaraq 5,494 milyon manata çatıb.

Xatırladaq ki, “İnkişaf üçün maliyyə” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 0,3 milyon manatdır. BOKT-un təsisçisi 100% Böyük Britaniyanın “Oksfam” təşkilatıdır.

44 - Tezliklə