IMF: "Azərbaycanın ümumi dövlət borcunun ÜDM-nə nisbəti azalacaq"
- 13 iyul, 2022
- 08:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanın ümumi dövlət borcununu ümumi daxili məhsuluna (ÜDM) nisbətinin 20% olacağını proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu barədə qurumun mayın 25-dən iyunun 7-nə qədər Bakıda keçirilmiş IV maddə üzrə məsləhətləşmələrin yekunlarına dair bəyanatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin faktiki göstəricisi ilə müqayisədə 6,4 faiz bəndi azdır.
Azərbaycanın ümumi dövlət borcunun ÜDM-nə nisbətinin növbəti 5 ildə (2023-2027-ci illər) isə müvafiq olaraq 21,2%, 23,5%, 25,5%,27,7% və 30% olacağı gözlənilir.
2022-ci ildə Azərbaycanın ümumi hökumət və dövlət zəmanəti ilə borclarının ÜDM-yə nisbəti 2021-ci ilin faktiki göstəricisi ilə müqayisədə 12,6 faiz bəndi azalaraq 29,2%-ə düşüb. Növbəti 5 ildə bu göstərici 29,1%, 30,1%, 32%, 34% və 36,1% proqnozlaşdırılır.