IMF Azərbaycanın mal və xidmət ixracı və idxalı üzrə proqnozunu açıqlayıb
- 19 oktyabr, 2021
- 13:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın mal və xidmət ixracı bu il ümumi daxili məhsulun (ÜDM) 24,4 % nisbətində reallaşacağı gözlənilir.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında bildirilib.
Sənədə əsasən, bu göstərici gələn il bir qədər azalaraq 23,7 % nisbətində proqnzolaşdırılır.
Valyuta Fondunun proqnozuna görə, Azərbaycanın mal və xidmət idxalının ÜDM-yə nisbəti bu il 19 %, gələn il isə 18,3 % olacaq.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu il yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 22 milyard 974,3 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 % çoxdur.
Bu ilin ilk 9 ayında xarici ticarət 14,63 milyard ABŞ dolları ixracın, 8,344 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 38,3 % çox, idxal isə 6,7 % artıb.
Son nəticədə xarici ticarətdə 6,285 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur.