IFC: Azərbaycanda faktorinq sektorunun ÜDM-də payı 1 %-dən azdır
- 24 noyabr, 2026
- 16:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda faktorinq sektorunun ümumi daxili məhsulda (ÜDM) payı 1 %-dən azdır.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) layihə meneceri, Avropa üzrə aktivlərlə təminatlı maliyyələşdirmə, ölkə məsləhətçiliyi və iqtisadiyyat bölməsinin Teymur Heybətov Bakıda keçirilən X Beynəlxalq Bank Forumu çərçivəsində panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, Avropada bu göstərici ortalama 12-13 %-dir: "Faktorinqin Azərbaycanda potensialı çox böyükdür. Aktivlərə əsaslanan maliyyələşdirmə ilə bağlı biz hazırda Azərbaycan, Gürcüstan və Ukraynada işləyirik. Əsas istiqamət bizim üçün, əlbəttə ki, qanunvericilikdir. Bu sahədə Azərbaycan Mərkəzi Bankı ilə çox sıx əməkdaşlıq edirik. Həmçinin biz maliyyə institutları ilə işləyirik və hal-hazırda həm Azərbaycanda, həm başqa ölkələrdə biz bu maliyyə təşkilatlarına, o cümlədən banklara köməklik göstəririk ki, onlar bu məhsulları bazara daha geniş şəkildə gətirə bilsinlər".
"Bundan başqa, iri şirkətlərlə, kiçik və orta bizneslə fəal iş aparırıq. Maliyyə təşkilatları bu məhsula məhsulları çox yaxşı başa düşürlər. Ən çox faktorinq Azərbaycanda yayılıb. Amma özəl biznes, daha çox iri şirkətlər bu məhsulları başa düşmürlər və istifadə etirlər",-deyə o qeyd edib.