“İdeal Kredit” BOKT maliyyə vəziyyətini açıqlayıb
- 30 may, 2025
- 18:01
Yeniliklərdən dərhal xəbərdar olun!
“İdeal Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 2,371 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 61,3 % çoxdur.
Ötən il “İdeal Kredit”in vergiyəqədərki mənfəəti 2,923 milyon manat (əvvəlki ilə nisbətən 59,1 % çox), mənfəət vergisi ödəmələri isə 552 min manat (50 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “İdeal Kredit”in aktivləri 17,916 milyon manat olub ki, bu da illik müqayisədə 38,4 % çoxdur. Bunun 15,726 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 31,7 % böyüyüb.
Hesabat dövründə “İdeal Kredit”in öhdəlikləri 32,5 % artaraq 10,604 milyon manata, balans kapitalı isə 48 % artaraq 7,312 milyon manata çatıb.
Xatırladaq ki, “İdeal Kredit” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 647 min manatdır. BOKT-un təsisçiləri 75 % payla Qubad Qubadov (direktor) və 25 % payla Xuraman Qubadovadır.