“İcraçı Kredit Agentliyi” BOKT-un xalis zərəri 8 % artıb
- 02 may, 2024
- 05:14
Yeniliklərdən dərhal xəbərdar olun!
“İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 174 min manat xalis zərərlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 8,1 % çoxdur.
Bu il yanvarın 1-nə “İcraçı Kredit Agentliyi”nin aktivləri 1,104 milyon manat olub ki, bu da illik müqayisədə 15,9 % azdır. Bunun 897 min manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 2 % kiçilib.
Hesabat dövründə “İcraçı Kredit Agentliyi”nin öhdəlikləri 19,3 % azalaraq 113 min manat, balans kapitalı isə 15,4 % azalaraq 991 min manat, o cümlədən nizamnamə kapitalı 19,1 % artaraq 324 min manat olub.
Xatırladaq ki, “İcraçı Kredit Agentliyi” 2002-ci ildə yaradılıb.