“İcraçı Kredit Agentliyi” BOKT-un xalis zərəri 3 dəfədən çox azalıb

Maliyyə
  • 27 may, 2022
  • 05:35
“İcraçı Kredit Agentliyi” BOKT-un xalis zərəri 3 dəfədən çox azalıb

“İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 236 min manat xalis zərərlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 69% və yaxud 3,2 dəfə azdır.

Ötən il “İcraçı Kredit Agentliyi”nin vergiyəqədərki zərəri 276 min manat (illik müqayisədə 2,5 dəfə az), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 40 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.

Bu il yanvarın 1-nə “İcraçı Kredit Agentliyi”nin aktivləri 1,903 milyon manat olub ki, bu da illik müqayisədə 9,6% azdır. Bunun 939 min manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 20,2 % kiçilib.

Hesabat dövründə “İcraçı Kredit Agentliyi”nin öhdəlikləri 6,1 % artaraq 570 min manata çatıb, balans kapitalı isə 15 % azalaraq 1,333 milyon manata düşüb.

Xatırladaq ki, “İcraçı Kredit Agentliyi”nin 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 272 min manatdır. BOKT-un səhmdarları 33,85%-lik payla Arif Əliyev, 13,84%-lik payla Siyavuş Verdiyev, 13,03%-lik payla Mehman Qurbanov, 7,75%- Aşıxlı Kredit İttifaqı, 6,95% - Şahsevən Kredit İttifaqı, 6,93%-lik payla Masalli Kredit İttifaqı, 3,47%-lik payla Vidadi Musayev, 2,92%-lik payla Samir Cəlilov, 2,36%-lik payla Səbinə İsrafilova, 2,30%-lik payla Digər Təsisçilər, 1,55%-lik payla Tahirə Qurbanova, 1,29%-lik payla Fatma Abbasova, 1,28%-lik payla Yeni Daşkənd Kredit İttifaqı, 1,26%-lik payla İlham İsrafilov, 1,03%-lik payla Astanlı Kredit İttifaqı, 0,21%-lik payla Azərbaycan Kredit İttifaqları Assosiasiyasıdır.

44 - Tezliklə