İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2 mln manatlıq təkliflər sorğusu keçirib

Maliyyə
  • 16 sentyabr, 2021
  • 10:07
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2 mln manatlıq təkliflər sorğusu keçirib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin bölmələrində istifadə üçün nəzərdə tutulan dərman preparatları, reaktiv və tibbi sərflərin satın alınması ilə bağlı 2 təkliflər sorğusuna yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, hər 2 sorğunun qalibi "Spektr Med" MMC-dir.

Qalib şirkətə 1 659,2 min manat və 700 min manat, ümumilikdə 2 359,2 min manat ödəniləcək.