İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı təsdiqlənib

Maliyyə
  • 28 iyun, 2018
  • 14:25
İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı təsdiqlənib

Bakı. 28 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, Nazirlər Kabinetinə Tədbirlər Planının icrasının aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməsini təmin etmək və görülmüş işlər barədə rübdə bir dəfə, hər rübdən sonrakı ayın 25-dək Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, o cümlədən sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.