“İdeal Kredit”in aktivləri 19% artıb

Maliyyə
  • 01 may, 2018
  • 08:38
“İdeal Kredit”in aktivləri 19% artıb

Bakı. 1 may. REPORT.AZ/ “İdeal Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 19% artaraq bu il yanvarın 1-nə 3,682 mln. manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir. 

Ötən il “İdeal Kredit”in müştərilərə verdiyi kreditlər 13,9% artaraq 3,091 mln. manata çatıb. 

Hesabat dövründə BOKT-un öhdəlikləri 22,15% artaraq 2,686 mln. manata, o cümlədən borc vəsaitləri 61,7% artaraq 1,719 mln. manat, cəmi kapitalı isə 11,2% artaraq 995 min manat olub. 

“İdeal Kredit” 2017-ci ildə 100 min manat xalis mənfəət əldə edib. Bu, 2016-cı ilə nisbətən təxminən 14,5% azdır.