Hesablama Palatası IsDB Qrupu ilə icra mərhələsinə keçməni müzakirə edib
- 15 sentyabr, 2026
- 17:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Hesablama Palatası və İslam İnkişaf Bankı (IsDB) Qrupu arasında icra mərhələsinə keçmə müzakirə edilib.
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, qurumda IsDB Qrupunun nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə nümayəndə heyəti üzv ölkələrdə potensialın artırılması sahəsində görülən işləri vurğulayıb.
Daha sonra Palatanın aparat rəhbəri qurumun fəaliyyət istiqamətləri üzrə həyata keçirilən işlərdən, o cümlədən rəqəmsallaşma sahəsində görülən tədbirlərdən, auditdə süni intellektdən istifadə üzrə müxtəlif ölkələrin ali audit orqanları ilə uğurlu təcrübə mübadiləsindən, əməkdaşların potensialının artırılması üzrə həyata keçirilən layihələrdən və s. bəhs edib.
Sonda əvvəlki görüşlər də nəzərə alınmaqla, müzakirə edilən məsələlərin icra mərhələsinə keçməsinin zəruriliyi qeyd olunub.