Hesablama Palatası: "Gələn ilin icmal büdcə layihəsində müavinətlərlə bağlı uyğunsuzluqlar var"

Maliyyə
  • 31 oktyabr, 2022
  • 14:03
Hesablama Palatası: Gələn ilin icmal büdcə layihəsində müavinətlərlə bağlı uyğunsuzluqlar var
Hesablama Palatası

Azərbaycanın gələn il üçün icmal büdcə layihəsində müavinətlərlə bağlı uyğunsuzluqlar var.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “Büdcə zərfi"nə verdiyi rəydə bildirilir.

Sənəddə deyilir ki, layihədə müavinət məbləği 6,6 milyard manat göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2023-cü il büdcəsi haqqında qanun layihəsinə əsasən müavinət məbləği 170,4 milyon manat, gələn il dövlət büdcəsinin layihəsində isə müavinət xərcləri (transfert xərcləri nəzərə alınmadan) 100 milyon manat ətrafında nəzərdə tutulub ki, bu da müavinətlər üzrə 6,6 milyard manatın düzgün göstərilmədiyini deməyə əsas verir.

"Qeyd edilən uyğunsuzluqlar müavinət xərclərinin altkomponentləri üzrə də xarakterikdir. Belə ki, əmək qabiliyyətini müvvəqəti itirməyə görə müavinət DSMF-nin büdcəsində 42,4 milyon manat göstərildiyi halda, icmal büdcədə 18,8 milyon manat, uşağın doğulması ilə bağlı müavinət DSMF-nin büdcəsində 28 milyon manat göstəildiyi halda, icmal büdcədə 22,1 milyon manat, dəfn üçün müavinət DSMF-nin büdcəsində 41 milyon manat göstərildiyi halda, icmal büdcədə 7,3 milyon manat göstərilib", - deyə rəydə qeyd olunub.