“Gold Finance” BOKT ötən ili zərərlə baş vurub

Maliyyə
  • 31 may, 2021
  • 06:42
“Gold Finance” BOKT ötən ili zərərlə baş vurub

“Gold Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 21 min manat zərərlə başa vurub. BOKT-un 2019-cu ildə gəlirləri və xərcləri eyni olmuşdu.

“Report” xəbər verir ki, bu il yanvarın 1-nə “Gold Finance”ın aktivləri 589 min manat olub ki, bu da, illik müqayisədə 6,4% azdır. Bunun 274 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-nin kredit portfeli 46,9% kiçilib.

Hesabat dövründə “Gold Finance”ın öhdəlikəri 8,8% artaraq 260 min manata çatıb, balans kapitalı isə 15,6% azalaraq 329 min manata düşüb.

Xatırladaq ki, “Gold Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 350 min manatdır.