Gələn həftə Bakıda beynəlxalq bankçılıq forumu keçiriləcək

Maliyyə
  • 26 oktyabr, 2023
  • 11:19
Gələn həftə Bakıda beynəlxalq bankçılıq forumu keçiriləcək

Noyabrın 1-2-də Bakıda VII Beynəlxalq Bankçılıq Forumu ("IBF-2023") keçiriləcək.

“Report” bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbir “Mastercard” beynəlxalq kart təşkilatı ilə əməkdaşlıq çərçivəsində, Azərbaycan Mərkəzi Bankının, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə baş tutacaq. Forumun mövzusu "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq"dır.

IBF Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Forum banklarla yanaşı, tənzimləyici orqanın, fintex şirkətlərinin, müxtəlif assosiasiyaların, beynəlxalq maliyyə təşkilatlarının, yerli səfirliklərin, akademik dairələrin və tanınmış şirkətlərin rəhbər şəxslərini bir araya gətirir.