"Fitch": “ABB-nin kredit qabiliyyətinə təsir edən köhnə valyuta riskləri aradan qaldırılıb”
- 27 oktyabr, 2022
- 11:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Beynəlxalq Bankının (ABB) orta kapitalının gəlirliliyi 2022-2023-cü illərdə təxminən 15 % təşkil edəcək ki, buna yüksək marja və kreditləşmənin artım templərinin 2022-ci ildə azı 25 % və 2023-cü ildə təxminən 15 % sürətlənməsi kömək edəcək.
"Report" xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin ABB-nin uzunmüddətli emitentin defolt reytinqini "B" səviyyəsindən "BB-" səviyyəsinə, bankın sabitlik reytinqinin isə "b"dən "bb-"yə yüksəldilməsi ilə bağlı məlumatında deyilir. Reytinqlər üzrə proqnoz “sabit”dir.
"ABB əsasən depozitlər hesabına maliyyələşir (2022-ci ilin ikinci rübünün sonunda ümumi öhdəliklərin 87 %-i depozitlərin payına düşür). Depozitlərin konsentrasiyası çox yüksəkdir, dövlət şirkətlərinin böyük töhfəsinə (öhdəliklərin 56 %-i), baxmayaraq ki, biz ABB üçün əsas kimi ən böyük əmanətçiləri hesab edirik. Onun likvidlik buferi həm xarici, həm də yerli valyutada əhəmiyyətli səviyyədədir, bu isə ümumi kreditlərin/depozitlərin aşağı səviyyəsi ilə ifadə olunur”, - "Fitch" qeyd edir.
Agentliyin məlumatına görə, ikinci rübün sonuna ABB-nin dəyərsizləşmiş kreditləri (IFRS 9-a uyğun olaraq 3-cü mərhələ kreditləri) ümumi kreditlərin 4,1 %-ni təşkil edib və bir dəfəyə ehtiyatlar hesabına ödənilib. Lakin 2-ci mərhələ kreditləri üzrə daha 3,4 % əlavə edilib. “Fitch” tanınmamış problemli kreditləri ABB-nin ən böyük korporativ riskləri sırasında görmür. Agentlik hesab edir ki, bankın ən böyük kreditləri yerli kontekstdə orta və ya aşağı kredit riskinə malikdir, baxmayaraq ki, sahələr üzrə konsentrasiya yüksəkdir: korporativ kreditlərin 28 %-i tikinti və daşınmaz əmlaka aiddir.
“Dəyərsizləşmədən əvvəl ABB-nin təkrarlanan illik mənfəəti yüksək səviyyədə - orta ümumi kreditlərin 10 %-i həddində yüksək olub ki, bu da zərərləri mənimsəmə qabiliyyəti deməkdir”, - məlumatda deyilir.
Köhnə valyuta risklərinə gəlincə, “Fitch” qeyd edir ki, iyul ayında ABB Azərbaycan Mərkəzi Bankından xarici valyutada likvidliyi almaqla uzunmüddətli qısa valyuta mövqeyini (2022-ci ilin I rübü: 470 milyon ABŞ dolları və ya tənzimləyici kapitalın 60 %-i) qapayıb və bununla da, əhəmiyyətli xarici valyuta risklərini aradan qaldırıb. “Fitch” valyuta riskinin aradan qaldırılmasını əvvəllər ABB-nin kredit qabiliyyətinə təsir etmiş köhnə problemləri həll etmək üçün son addım kimi görür.
“Fitch”in qiymətləndirdiyi ABB-nin əsas kapital əmsalı ikinci rübün sonunda 32 % təşkil edib. Ümumi kapital əmsalının 19,9 % olduğu bir zamanda, normativ kapitaldan bəzi tutulmalar və risk nəzərə alınmaqla ölçülmüş aktivlərin (RÖA) daha yüksək nisbəti səbəbindən normativ kapital əmsalları daha aşağıdır.
"Biz kapital əmsallarının ortamüddətli perspektivdə komfortlu qalacağını gözləyirik, lakin RÖA-nın daha yüksək artım templəri fonunda əhəmiyyətli dividend ödənişləri (2020-2022-ci illərdə ABB xalis mənfəətdən 85-90 %-ni ödəyib) səbəbindən onlar üçün azalma tendensiyası xarakterikdir", - agentlik qeyd edir.
Xatırladaq ki, ABB sektoral kreditlərdə və depozitlərdə müvafiq olaraq 19 % və 28 % payla Azərbaycanın ən böyük bankıdır. Bankın 96,37 %-i Azərbaycan hökumətinə məxsusdur.