“Fintrend” BOKT ötən ili mənfəətlə başa vurub

Maliyyə
  • 12 iyun, 2023
  • 11:46
“Fintrend” BOKT ötən ili mənfəətlə başa vurub

“Fintrend” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 413 min manat mənfəətlə başa vurub. Halbuki, BOKT 2021-ci ildən 159 min manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, bu il yanvarın 1-nə “Fintrend”in aktivləri 18,855 milyon manat olub ki, bu da illik müqayisədə 22,4 dəfə çoxdur. Bunun 18,002 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 48,4 dəfə böyüyüb.

Hesabat tarixinə “Fintrend”in öhdəlikləri 24,2 dəfə artaraq 18,123 milyon manata, balans kapitalı isə 7,8 dəfə artaraq 732 min manata, nizamnamə kapitalı isə 75 % artaraq 525 min manata çatıb.

Xatırladaq ki, “Fintrend” 2014-cü ildə yaradılıb. BOKT-un təsisçiləri 54 %-lik payla Erkin Əsədov, 26 %-Iik payla Nərmin Hüseynzadə və 20%-lik payla Kənan Salayevdir.