"Arsenal"dan ayrılan Ris Nelson karyerasını "Feyenoord"da davam etdirəcək

Futbol
  • 02 sentyabr, 2026
  • 17:54
Arsenaldan ayrılan Ris Nelson karyerasını Feyenoordda davam etdirəcək

İngiltərəli vinger Ris Nelson "Arsenal"dan ayrıldıqdan sonra karyerasını Niderlandın "Feyenoord" klubunda davam etdirəcək.

"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Rotterdam təmsilçisi üçün tibbi müayinədən uğurla keçib.

Tərəflər müqavilənin şərtlərini tam razılaşdırıblar. Avqustun sonunda "Arsenal" ilə müqaviləsi qarşılıqlı razılıqla ləğv edilən oyunçu Niderland klubuna azad agent kimi keçib.

Qeyd edək ki, London klubunun yetirməsi olan Ris Nelson "Arsenal"ın əsas komandasında 90 matça çıxıb, 8 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.