“Finoko” BOKT-un xalis mənfəəti 2 dəfədən çox azalıb

Maliyyə
  • 19 may, 2022
  • 09:12
“Finoko” BOKT-un xalis mənfəəti 2 dəfədən çox azalıb

“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 1,142 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 54,1% və yaxud 2,2 dəfə azdır.

Ötən il “Finoko”nun vergiyəqədərki mənfəəti 1,07 milyon manat (əvvəlki ilə nisbətən 58,5% və yaxud 2,4 dəfə az), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 72 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.

Bu il yanvarın 1-nə “Finoko”nun aktivləri 29,602 milyon manat olub ki, bu da illik müqayisədə 19 % çoxdur. Bunun 23,096 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 24,4 % böyüyüb.

Hesabat dövründə “Finoko”nun öhdəlikləri 2,1 dəfə artaraq 20,328 milyon manata çatıb, balans kapitalı isə 39,4 % azalaraq 9,273 milyon manata düşüb.

Xatırladaq ki, “Finoko” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,855 milyon manatdır. BOKT-un səhmdarları hər biri 50% payla Elçin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyevdir (Müşahidə Şurasının üzvü).