“FİNKA Azərbaycan” BOKT-un istiqrazlarına 6 investor maraq göstərib
- 28 iyun, 2022
- 12:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Bakı Fond Birjası" QSC-də “FİNKA Azərbaycan” MMC bank olmayan kredit təşkilatının (BOKT) 3 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 100 manat olan 30 000 ədəd istiqraz çıxarılıb.
Qiymətli kağızlar standart bazar seqmentində, rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub. Onlara 6 investor qiyməti 100 manat (12,5%), ümumi məbləği isə 3 milyon manat olan 6 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə tam baş tutub.
İstiqrazlar 2 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 12,5%-dir. Faizlər 3 aydan bir ödəniləcək. Prosesin anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.