“FİNKA Azərbaycan” BOKT-un istiqrazları listinqə daxil edilib
- 03 oktyabr, 2022
- 05:57
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “FİNKA Azərbaycan" MMC bank olmayan kredit təşkilatının (BOKT) 3 milyon manatlıq istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
"Report" Birjaya istinadən xəbər verir ki, istiqrazlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək.
Hərracın tarixi azı 2 iş günü əvvəlcədən BFB-nin internet səhifəsində açıqlanacaq.
Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 30 000 ədəd, yəni 3 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 12,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.