“Finex Kredit” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
- 30 mart, 2024
- 06:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Mayın 23-də, saat 12:00-da “Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq BOKT-un baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 11 ünvanında olacaq.
Yığıncağın gündəliyinə “Finex Kredit”in 2023-cü il üzrə maliyyə hesabatı, BOKT-da mühüm iştirak payı, Müşahidə Şurasının tərkibi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,594 milyon manatdır. BOKT-un səhmdarları Xaqan Mirzəyev (32,1 %), Azad Cəbrayılov (26,75 %), Raminə Allahverdiyeva (16,55 %), Şəlalə Tağıyeva (10,1 %), Tokay Şıxəlizadə (7,5 %), Rövşən Məmmədov (3,6 %), Mobil Şərifov (2,3 % ), və Gülnarə Tağıyevadır (1,1 %).