“Finex Kredit” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 16 noyabr, 2024
  • 12:40
“Finex Kredit” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

Dekabrın 16-da, saat 11:00-da “Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 11 ünvanında olacaq.

Yığıncağın gündəliyinə BOKT-un nizamnaməsinə dəyişiklik edilməsi, səhminin alqı-satqısı, Müşahidə Şurasının tərkibinin nəzərdən keçirilməsi, şirkətə maliyyə köməyi edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,494 milyon manatdır. BOKT-un səhmdarları Xaqan Mirzəyev (32,1 %), Azad Cəbrayılov (26,75 %), Ramina Allahverdiyeva (16,55 %), Şəlalə Tağıyeva (10,1 %), Tokay Şıxəlizadə (7,5 %), Rövşən Məmmədov (3,6 %), Mobil Şərifov (2,3 %) və Gülnarə Tağıyevadır (1,1 %).

44 - Tezliklə