“Finex Kredit” BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
- 08 dekabr, 2022
- 05:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Yanvarın 24-də, saat 12:00-da “Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, BOKT-un baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 11 ünvanında olacaq.
Yığıncağın gündəliyinə "Finex Kredit"in 2022-ci il üzrə maliyyə hesabatının təsdiq edilməsi, səhmdar cəmiyyətinin 2023-cü il üzrə inkişaf perspektivlərinin müzakirə olunması və digər məsələlər daxildir.
Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 800 min manatdır. BOKT-un səhmdarları Şəlalə Tağıyeva (18,9 %), Ramina Allahverdiyeva (18,3 %), Azad Cəbrayılov (15,6 %), Mobil Şərifov (14,8 %), Tokay Şıxəlizadə (14,1 %), Rövşən Məmmədov (6,8 %), Tofiq Cəfərov (4,6 %), Azər Hacıyev (3,3 %), Gülnarə Tağıyeva (2 %) və Sevil Hidayətovadır (1,6 %).
"Finex Kredit"in əlavə olaraq 200 min manatlıq imtiyazlı səhmləri də var. Onlar isə İlahə Zeynalovaya məxsusdur.