"Finex Kredit" BOKT-un aktivləri 4 %-ə yaxın azalıb
- 27 may, 2025
- 11:43
Yeniliklərdən dərhal xəbərdar olun!
“Finex Kredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 1,26 milyon manat mənfəətlə başa vurub. Halbuki, BOKT 2023-cü ildən 4,166 milyon manat xalis mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, bu il yanvarın 1-nə “Finex Kredit”in aktivləri 3,791 milyon manat olub ki, bu da illik müqayisədə 3,8 % azdır. Bunun 2,354 milyon manatı müştərilərə verilmiş kreditdir. 2024-cü ildə BOKT-un kredit portfeli 17,3 % kiçilib.
Hesabat dövründə “Finex Kredit”in öhdəlikləri 12,7 % azalaraq 2,637 milyon manata düşüb, balans kapitalı isə 25,6 % artaraq 1,154 milyon manata çatıb.
Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,494 milyon manatdır. BOKT-un səhmlərinin 26,7 %-i Azad Cəbrayılova, 16,7 %-i Səməd Mirzəyevə, 16,5 %-i Ramina Allahverdiyevaya, 13,4 %-i Səadət Mirzəyevaya, 10,2 %-i Şəlalə Tağıyevaya, 7,5 %-i Tokay Şıxəlizadəyə, 3,6 %-i Rövşən Məmmədova, 2,3 %-i Mobil Şərifova, 2 %-i Xaqan Mirzəyevə, 1,1 %-i isə Gülnarə Tağıyevaya məxsusdur.