"Finex Kredit" BOKT-un aktivləri 24 % azalıb

Maliyyə
  • 31 may, 2024
  • 08:29
Finex Kredit BOKT-un aktivləri 24 % azalıb

“Finex Kredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 4,166 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2022-ci ildən 644 min manat zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, ötən il "Finex Kredit"in vergiyəqədərki mənfəəti 5,207 milyon manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 1,041 milyon manat (əvvəlki il vergi ödəməyib) olub.

Bu il yanvarın 1-nə “Finex Kredit”in aktivləri 3,94 milyon manat olub ki, bu da illik müqayisədə 23,6 % azdır. Bunun 2,845 milyon manatı müştərilərə verilmiş kreditdir. 2023-cü ildə BOKT-un kredit portfeli 20,8 % kiçilib.

Hesabat dövründə “Finex Kredit”in öhdəlikləri 37,4 % azalaraq 3,198 milyon manata düşüb, balans kapitalı isə 17,2 dəfə artaraq 741 min manata, o cümlədən nizamnamə kapitalı 86,8 % artaraq 1,494 milyon manata çatıb.

Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. BOKT-un səhmdarları Xaqan Mirzəyev (32,1 %), Azad Cəbrayılov (26,75 %), Ramina Allahverdiyeva (16,55 %), Şəlalə Tağıyeva (10,1 %), Tokay Şıxəlizadə (7,5 %), Rövşən Məmmədov (3,6 %), Mobil Şərifov (2,3 %) və Gülnarə Tağıyevadır (1,1 %).